Ordu.az xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətindən bildirilib.
Planlaşdırılır ki, uçuşlar həftədə bir dəfə “Boeing 737” təyyarələri ilə həyata keçiriləcək.
Yeni marşrutun açılması, gözlənildiyinə görə, Ermənistan və Özbəkistan arasında turizm və işgüzar əlaqələri gücləndirəcək. Daha əvvəl bu marşrut üzrə sərnişinlər Moskva, İstanbul və Tbilisidə tranzit uçuşlar etməyə məcbur idilər.
Marşruta İrəvandakı “Zvartnots” beynəlxalq hava limanında yerləşən erməni “Şirak Avia” aviaşirkəti xidmət göstərəcək.
Alpər Mövludoğlu
Ordu.az