İran parlamentinin sədri vurulan qırıcı təyyarənin pilotunun xilas edilməsi ilə bağlı ABŞ açıqlamalarına istehza edib

2026/03/1773345912.jpg
Oxunub: 569     12:51     05 Aprel 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf vurulan qırıcı təyyarənin pilotunun xilas edilməsi ilə bağlı ABŞ açıqlamalarına istehza edib.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində bildirib.

Qalibaf İran silahlı qüvvələrinin bu gün vurduğu təyyarənin fotosunu yayımlayıb.

“Əgər ABŞ daha üç belə qələbə qazansa, bu, tam çöküş olacaq”, - deyə o, yayımlanan fotoya şərhində qeyd edib.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu vurulan qırıcı təyyarənin pilotunun xilas edilməsi ilə bağlı ABŞ açıqlamalarını təkzib etmişdi.

ABŞ Prezidenti Donald Tramp İranda vurulan F-15 qırıcı təyyarəsinin pilotunun “təhlükəli dağlarda” xilas edildiyini bildirmişdi. “Axios”a danışan amerikalı rəsmilərin sözlərinə görə, MKİ-nin və komando dəstəsinin cəlb olunduğu mürəkkəb əməliyyat həyata keçirilib. Bildirilirdi ki, əməliyyatın bütün iştirakçıları, o cümlədən pilot hazırda İran sərhədlərindən kənardadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin