Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu hadisə ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsinin pilotunun xilas edilməsi cəhdi zamanı baş verib.
Bildirilir ki, İran ABŞ hərbi əməliyyatına qarşı birgə əməliyyat hazırlayıb və bu əməliyyatda hava qüvvələri, quru qoşunları, könüllü bölmələr, Bəsic qüvvələri və polis iştirak edib.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq Tehran da daxil olmaqla iri şəhərlərə zərbələr endirib. Ağ ev bu hücumları İranın raket və nüvə təhdidləri ilə əsaslandırıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xameneyi və digər yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir.
Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyada yerləşən ABŞ obyektlərini ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Münaqişə regionun enerji infrastrukturuna və dəniz daşımalarına ciddi təhlükə yaradıb. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb.
İran Hörmüz boğazına tam nəzarət edir və yalnız zəruri hesab etdiyi gəmilərin keçidinə icazə verir.
Sevinc Əliyeva
Ordu.az