Ordu.az xəbər verir ki, bu barədə İndoneziya xarici işlər naziri Sugiono danışıb.
Nazir vurğulayıb ki, Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən İndoneziya qoşunları döyüş üçün təchiz olunmayıb:
"Onların təlimi və avadanlıqları sülhü təmin etmək üçün deyil, onu qorumaq üçün nəzərdə tutulub. Sülhməramlılar üçün təhlükəsizlik zəmanətləri olmalıdır, çünki onlar sülhü qoruyurlar".
Diplomat həmçinin BMT-ni bütün missiya yerləşmə ərazilərində, xüsusən də Livanda təhlükəsizlik prosedurlarının hərtərəfli yenidən qiymətləndirilməsini aparmağa çağırıb.
Ordu.az