“Hizbullah” Livan sahilləri yaxınlığında İsrail hərbi gəmisinə zərbə endirdiyini bildirib - YENİLƏNİB

2026/04/1775377650.jpg
Oxunub: 664     12:47     05 Aprel 2026    
“Hizbullah” hərəkatı bəyan edib ki, onun döyüşçüləri Livan sahillərindən 68 dəniz mili məsafədə İsrail hərbi gəmisinə hücum ediblər.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Hizbullah”ın bəyanatında deyilir ki, hərbi gəmi “Livan ərazisinə qarşı təcavüzə” hazırlaşırdı.

Bəyanatda dəqiqləşdirilir ki, hücum zamanı dəniz bazalı qanadlı raketdən istifadə olunub və bir neçə saat davam edən izləmədən sonra hədəfə birbaşa dəymə təsdiqlənib.

“Times of Israel”in məlumatına görə, İsrail ordusu (SAXAL) bu məlumatı təkzib edib.

***

“Hizbullah” bazar günü bildirib ki, Livan sahilləri yaxınlığında İsrailə məxsus hərbi gəmini qanadlı raketlə hədəfə alıb. Bu, təşkilatın Yaxın Şərqdə müharibənin başlanmasından bəri bu cür ilk iddiasıdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İranın dəstəklədiyi qrup bəyanatında bildirib ki, gəmi Livan sahillərindən 68 dəniz mili məsafədə hədəfə alınıb və həmin hərbi gəmi “Livan ərazisinə hücumlar həyata keçirməyə hazırlaşırdı”.

AFP-nin sorğusuna cavab olaraq İsrail ordusu bildirib: “Bizim bu barədə məlumatımız yoxdur”.

Son vaxtlar İsrail hərbi gəmiləri bir neçə dəfə Livana zərbələr endirmək üçün istifadə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin