Ordu.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərq aviadispetçer dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
“İran səması ilkin məlumata görə, bazar gününədək, aprelin 12-si ümumdünya vaxtı ilə saat 08:30-dək uçuşlar üçün bağlı olacaq”, - deyə agentliyin həmsöhbəti ölkənin aviasiya hakimiyyət orqanlarının müvafiq qərarına istinadən bildirib.
Qadağa çərçivəsində dövlət, hərbi və sanitar aviasiya uçuşları, eləcə də axtarış-xilasetmə məqsədilə və mülki aviasiyanın idarəetmə orqanının ayrıca icazələri ilə həyata keçirilən reyslər istisna təşkil edə bilər.
İranın hava məkanı fevralın 28-i səhər ABŞ və İsrailin hərbi əməliyyatının başlanmasından sonra bağlanmışdı.
Sevinc Əliyeva
Ordu.az