Ordu.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalına İran təhlükəsizlik xidmətinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Müsahibədə təhlükəsizlik xidmətinin yüksək vəzifəli rəsmisi ABŞ-nin İrandakı hədəflərin dinamik olması ilə bağlı bəyanatını “mənasız” adlandırıb.
“Bu, hərbi işdə mənasız ifadədir. Aydındır ki, ABŞ hədəflərinin siyahısı dəqiq deyil, lakin İran öz planları və hədəf siyahısına uyğun şəkildə hərəkət edir”, - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının uğursuzluğunu, xüsusilə də Tehranın çoxsaylı Amerika təyyarələrini vurmasından sonra, Tramp döyüş meydanındakı zəifliyi kompensasiya etmək üçün mediaya müraciət edib və ABŞ hədəfləri siyahısına körpülər kimi obyektləri daxil edib.
“Bu, gülüncdür. ABŞ və İsrail rejimi üçün böyük sürprizimiz var və bunun üçün çox az vaxt tələb olunacaq. Əlbəttə, onların İranın cənubundakı fəaliyyətləri vaxtın bizim xeyrimizə işləməsinə səbəb ola bilər”, - deyə o vurğulayıb.
O əlavə edib ki, İran asimmetrik müharibədə rəqibi tükəndirmə sənətini yaxşı mənimsəyib.
“Və bu gün belə ABŞ sürətli və asan müharibə strategiyasında uğursuz olub”, - deyə telekanalın həmsöhbəti bildirib.
Sevinc Əliyeva
Ordu.az