Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Qafni bildirib ki, şənbə gününün bitməsindən sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb və baş nazir onun vəziyyəti ilə maraqlanıb.
Onun sözlərinə görə, o və həyat yoldaşı arxa cəbhə komandanlığının təlimatlarına əməl edərək “zərbədən əvvəl xəbərdarlıq zamanı sığınacağa eniblər və bu sayədə xilas olublar”.
“Bu, sadəcə dəhşətli idi. Həqiqətən ciddi, tanış olmayan bir səs eşidilirdi, amma Allaha şükür, heç nə baş vermədi”, - deyə Qafni bildirib və hadisəni “böyük möcüzə” adlandırıb.
Sevinc Əliyeva
Ordu.az