Ordu.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edən “Drop Site” məlumat yayıb və pilotsuz uçuş aparatının üzərində reperin təsvirini dərc edib.
Albomun ilk treki olan “Bomb First (My Second Reply)” itaətsizlik, sağ qalma və hakimiyyətə qarşı müqavimət mövzularına həsr olunub. Bu mövzular müharibə dövründə İranın ideyaları ilə səsləşir.
“İran Silahlı Qüvvələri və müttəfiq qruplaşmalar mesajlarında və psixoloji müharibədə, o cümlədən LEGO tipli yayılan videolarda qlobal pop-mədəniyyət elementlərindən və bu kimi istinadlardan daha tez-tez istifadə edir”, - deyə mənbə qeyd edib.
Sevinc Əliyeva
Ordu.az