Netanyahu: "İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib"

2026/03/1773997644.jpg
Oxunub: 369     04:18     05 Aprel 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft-kimya sənayesinə genişmiqyaslı zərbələr endirildiyini təsdiqləyib.

Ordu.az-ın məlumatına görə, bununla bağlı açıqlama Netanyahunun "X" sosial şəbəkəsindəki səhifəsində yayılıb.

"Sizə söz vermişdim ki, Tehranda (hakimiyyət orqanlarına - red.) mübarizəmizi davam etdirəcəyik və hazırda məhz bunu edirik. Onların sursat istehsal potensialının 70 %-ni məhv etdikdən sonra bu gün onların neft-kimya zavodlarına hücum etdik", - o bildirib.

Netanyahu İsrailin Silahlı Qüvvələrinin İranın enerji obyektlərini məhv etməyə davam edəcəyini söz verib.

Daha əvvəl ABŞ və İsrailin İranın Huzistan əyalətindəki Mahşəhr limanındakı xüsusi neft-kimya zonasına endirdiyi zərbələr nəticəsində beş nəfərin öldüyü bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   İran  


Bizi "telegram"da izləyin