"İstənilən radiasiya Tehranı deyil, körfəz ölkələrini məhvə apara bilər" - Əraqçi

2026/03/1773660373.jpg
Oxunub: 406     15:04     04 Aprel 2026    
Buşehr Atom Elektrik Stansiyasında istənilən radiasiya Tehranı deyil, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin paytaxtlarını məhvə doğru apara bilər.

Ordu.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, indiyədək ABŞ və İsrail Buşehr AES-i dörd dəfə bombardman edib.

Əraqçi bildirib ki, İranın neft-kimya infrastrukturlarına hücumlar da qarşı tərəflərin məqsədlərini göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin