İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib

2026/03/1774244528.jpg
Oxunub: 420     15:28     04 Aprel 2026    
İran hakimiyyəti humanitar yüklər və zəruri tələbat malları olan gəmilərin ölkə limanları istiqamətində Hörmüz boğazından keçməsinə icazə verib.

Ordu.az "Tasnim"ə istinadən xəbər verir ki, qərar İran hökuməti və ölkənin silahlı qüvvələrinin razılığı əsasında qəbul edilib.

Bildirilib ki, İran Oman dənizində olan gəmilərə də Hörmüz boğazından keçməyə icazə verib.

Söhbət, xüsusən də, zəruri tələbat malları və yem ehtiyatları daşıyan gəmilərdən gedir.

Qeyd olunub ki, gəmilərin keçidinin təmin edilməsi üçün təsdiq edilmiş protokollara uyğun olaraq zəruri prosedurlar yerinə yetirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin