Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” nəşri məlumat yayıb.
İİKK-nin açıqlamasına görə, zərbələr çoxsaylı döyüş başlıqları ilə təchiz edilmiş “Xorrəmşəhr”, “Xeybər-Şekan” və “Emad” raketləri ilə həyata keçirilib.
Əməliyyat zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub.
İİKK bildirib ki, Dimona, Negev, Beer-Şeva və Ramat-Qan şəhərlərində hədəflər vurulub və İsrailin hava hücumundan müdafiə sistemləri bu zərbələri qarşısını ala bilməyib.
Sevinc Əliyeva
Ordu.az