PUA İraqın “Məcnun” neft yatağına zərbə endirib

2026/03/1774944318.jpg
Oxunub: 399     15:10     04 Aprel 2026    
Şənbə günü naməlum pilotsuz uçuş aparatı İraqın cənubunda yerləşən Bəsrə əyalətindəki “Məcnun” neft yatağına zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi Bəsrə təhlükəsizlik xidmətində yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Hücum ABŞ-nin KBR enerji şirkətinin ofislərini hədəfə alıb.

Zərbə nəticəsində maddi ziyan dəyib və yanğın baş verib, lakin daha sonra alovun qarşısı alınıb və vəziyyət nəzarətə götürülüb.

“Məcnun” istiqamətində həyata keçirilən bu hücum ABŞ-İsrail və İran arasında münaqişə başlayandan bəri ən azı beşinci belə hadisədir. Əvvəlki hücumlar zamanı yataq ərazisində yerləşən rabitə qülləsi və KBR şirkətinin ofisi zərər görmüşdü.

Mənbələrin məlumatına görə, əvvəlki insidentlərin heç birində insan itkisi və ya ciddi maddi ziyan qeydə alınmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   PUA  


Bizi "telegram"da izləyin