Ordu.az xəbər verir ki, bu barədə agentliyin rəsmi "X" səhifəsində dərc olunan məlumatda qeyd edilib.
“İran həmçinin BAEA-yə bildirib ki, obyektin fiziki mühafizə xidmətinin əməkdaşlarından biri qəlpə dəyməsi nəticəsində həlak olub, stansiyanın ərazisindəki binalardan biri isə partlayış dalğası və mərmi qalıqları nəticəsində zədələnib. Radiasiya səviyyəsində artım qeydə alınmayıb”,- deyə məlumatda vurğulanıb.
BAEA-nin baş direktoru Rafael Qrossi baş verən hadisədən narahatlığını ifadə edərək vurğulayıb ki, atom elektrik stansiyaları və onlara bitişik ərazilər hücum hədəfinə çevrilməməlidir. O, həmçinin nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri maksimal hərbi təmkinliliyə çağırıb.
Ordu.az