Volodimir Zelenski: Ərdoğanla substantiv danışıqlar hazırlanıb - YENİLƏNİB

2025/05/1747322672.jpg
Oxunub: 436     14:55     04 Aprel 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmrakı Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlara başladığını deyib.

Ordu.az-ın məlumatına görə, Ukraynanın dövlət başçısı "X" sosial şəbəkəsində qeyd edib ki, İstanbulda mühüm görüşlər planlaşdırılıb:

"İstanbula gəldim, burada mühüm görüşlər planlaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlar hazırlanıb. İnsanların həyatının real müdafiəsini təmin etmək, Avropamızda, eləcə də Yaxın Şərqdə sabitliyi irəli aparmaq və təhlükəsizliyə zəmanət vermək üçün tərəfdaşlığımızı gücləndiməyə çalışırıq. Birgə səylər həmişə ən yaxşı nəticələr verir".

***

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün İstanbula gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Prezident Türkiyə Prezidenti R.T. Ərdoğanla danışıqlar aparmaq məqsədilə İstanbula gəlib”, - deyə Zelenskinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib.

Ukraynanın yüksəkrütbəli rəsmisi isə AFP-yə bildirib ki, danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlığa həsr olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ərdoğan  


Bizi "telegram"da izləyin