Küveytdə CH-47 “Chinook” helikopterinə hücum edilib

2025/10/1759383990.jpg
Oxunub: 528     14:36     04 Aprel 2026    
Aprelin 3-də Küveytdə CH-47 “Chinook” helikopterinə hücum edilib və hazırda hadisəyə işıq salan görüntülər ortaya çıxıb.

Ordu.az xəbər verir ki, “Tasnim” xəbər agentliyi hadisə yerində aşkar edilmiş helikopterin görüntülərini yayımlayıb.

B, insidentin baş verdiyini təsdiqləyir.

Cümə axşamı axşam yayımlanan bəyanatda İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, onun hava hücumundan müdafiə bölmələri bir gün ərzində reaktiv qırıcı təyyarəni və beş pilotsuz uçuş aparatını vurub və bunu ABŞ və İsrail hərbi hava qüvvələri üçün “qara gün” adlandırıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir ki, bu da dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ hücumları zamanı İranın ali dini lideri ayətullah Əli Seyid Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.

Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkat əleyhinə hücum əməliyyatına başladığını açıqlayıb və Livanın cənubuna daxil olub.

Martın 23-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, həftə ərzində İranla danışıqlar aparılacaq, əlavə edib ki, hərbi zərbələr 5 gün müddətinə təxirə salınıb. Eyni zamanda İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   CH-47   Chinook  


Bizi "telegram"da izləyin