Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
O vurğulayıb ki, İran xəbərdarlıqlarını havada qoymur və operativ, qətiyyətli şəkildə hərəkət edir.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir ki, bu da dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ hücumları zamanı İranın ali dini lideri ayətullah Əli Seyid Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.
Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkat əleyhinə hücum əməliyyatına başladığını açıqlayıb və Livanın cənubuna daxil olub.
Martın 23-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, həftə ərzində İranla danışıqlar aparılacaq. Tramp əlavə edib ki, hərbi zərbələr 5 gün müddətinə təxirə salınıb. Eyni zamanda İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Sevinc Əliyeva
Ordu.az