"Buşehr" AES-in yaxınlığına mərmi düşməsi nəticəsində bir nəfər ölüb

2026/03/1774254521.jpg
Oxunub: 425     13:01     04 Aprel 2026    
İranda "Buşehr" atom elektrik stansiyasının (AES) yaxınlığına mərmi düşüb, nəticədə stansiyanın mühafizə əməkdaşlarından biri ölüb.

Ordu.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, partlayış dalğası yan binalardan birini zədələyib, lakin atom stansiyasının əsas obyektləri zərər görməyib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Buşehr   AES  


Bizi "telegram"da izləyin