Türkiyəyə məxsus ikinci gəmi Hörmüz boğazından keçib

2026/04/Ekran-1775153630.jpg
Oxunub: 446     12:56     04 Aprel 2026    
Türkiyəyə məxsus ikinci gəmi Hörmüz boğazından keçib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlunun sözlərinə görə, müharibənin əvvəlində boğazda 15 Türkiyə gəmisinin olduğu, onlardan ikisinin artıq ərazini tərk etdiyi məlumdur.

“CNN Türk”ə verdiyi müsahibədə o qeyd edib ki, gəmilərdən dördü ərazini tərk etmək üçün müraciət etməyib: onlardan ikisi enerji daşıyıcıları nəql edir, digər ikisi isə regional ticarətlə məşğuldur. “Biz xarici işlər nazirliyi ilə koordinasiyalı şəkildə qalan doqquz gəminin çıxarılması istiqamətində işləyirik”, - deyə o bildirib.

İkinci gəminin boğazdan nə vaxt keçdiyi məlum deyil. Uraloğlu ilk gəminin təhlükəsiz keçidi barədə martın 13-də, İran tərəfindən icazə alındıqdan sonra məlumat vermişdi. Dünyada neftin beşdə bir hissəsinin daşınmasını təmin edən Hörmüz boğazı münaqişənin həlli çərçivəsində əsas mübahisə nöqtəsinə çevrilib, çünki İranın gəmiçiliyə dair təhdidləri faktiki olaraq bu su yolunu bağlayıb. Bununla belə, məlumatlara görə, bəzi gəmilərə, o cümlədən Fransanın CMA CGM gəmiçilik şirkətinə məxsus konteyner gəmisinə boğazdan təhlükəsiz keçidə icazə verilib.

Ehtimal olunur ki, bu, fevralın 28-də başlayan müharibədən sonra qərb yükdaşıma xəttinə məxsus ilk gəminin təhlükəsiz keçidi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hörmüz  


Bizi "telegram"da izləyin