Ordu.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Briqada generalı Əlirza Elhami qeyd edib ki, İranın hava qüvvələri artıq bir neçə müasir qırıcı təyyarəni, onlarla qanadlı raketi və 160-dan çox pilotsuz uçuş aparatını, o cümlədən “Hermes” və “Lucas” tipli pilotsuz təyyarələri məhv edib.
O qeyd edib ki, bu təyyarələrin məhv edilməsi “taktikanın, yeni avadanlıqların tətbiqinin və müdafiə sistemlərində yeniliklərin nəticəsi olub”.
Briqada generalının sözlərinə görə, bu amillər qarşı tərəfi çaşqın vəziyyətə salıb.
Sevinc Əliyeva
Ordu.az