"Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiya gəmilərimiz yoxdur" - Nazir

2024/11/Ekran-1732104317.jpg
Oxunub: 415     12:39     04 Aprel 2026    
Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiya gəmilərimiz yoxdur.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu “CNN Türk” telekanalına verdiyi müsahibədə bildirib.

“Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən gəmilər yoxdur. Müharibənin başlanğıcında orada Türkiyə şirkətlərinə məxsus 15 gəmi var idi. Onlardan ikisi boğazı tərk edib, dörd gəmi regional ticarətlə məşğuldur və boğazdan keçid tələb etmir, doqquz gəminin çıxarılması ilə bağlı isə Xarici İşlər Nazirliyi (Türkiyənin) ilə koordinasiya aparırıq”, – deyə nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uraloğlu   Hörmüz  


Bizi "telegram"da izləyin