SEPAH-ın rəsmi nümayəndəsi vəzifəsinin icraçısı təyin edilib

2026/04/1775013379.jpg
Oxunub: 429     11:42     04 Aprel 2026    
General Hüseyn Məhəbbiyə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi vəzifəsinin icraçısı təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bundan əvvəl bu vəzifəni general-mayor Əli Məhəmməd Naeini icra edirdi. Naeini mart ayında öldürülüb.

İran mediasının məlumatına görə, general Məhəbbiyənin təyinatı barədə sərəncamı SEPAH-da İranın ali dini liderinin nümayəndəsi Abdullah Hacı Sadiqi imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran  


Bizi "telegram"da izləyin