Ordu.az-ın məlumatına görə, bunu İranın Hava Hücumundan Müdafiə (HHM) Birgə Qərargahının komandanı general-leytenant Əlirza Elhami yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın HHM sistemləri müasir pilotsuz uçuş aparatlarını (PUA) da yeni yerli texnikalar vasitəsi ilə vurur.
Elhami deyib ki, 28 fevraldan etibarən İran ərazisində 160-dan çox PUA vurulub. Bu PUA-lara “MQ9”, “Hermes”, “Lucas” və s. daxildir.
Ordu.az