ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda ötən gün İranın şimalında yerləşən Əlborz vilayətinin Kərəc şəhərində körpünün vurulması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Ordu.az-ın məlumatına görə, bununla əlaqədar İranın Əlborz vilayətinin valiliyi açıqlama yayıb.
Bildirilib ki, Kərəcin tikilməkdə olan “B1” körpüsündən heç bir istifadə olunmadığı halda vurulub. Bu körpünün tikintisi davam etdirilirdi.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Kərəc