Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Wall Street Journal”ın məlumatına görə, Ər-Riyadda ABŞ səfirliyinə hücum edilib. Biz bu addımı pisləyir və bəyan edirik ki, hadisənin İran silahlı qüvvələri ilə heç bir əlaqəsi yoxdur. Regionda sionist düşmənin strategiyasını nəzərə alaraq demək olar ki, bu əməl birbaşa sionistlərin işidir”, - deyə SEPAH-ın bəyanatında vurğulanır.
Korpusda qeyd ediblər ki, İran silahlı qüvvələrinin məqsədləri əvvəlcədən aydın şəkildə müəyyən edilib və regionda İsrailin diversiya fəaliyyəti ilə bağlı qonşu və müsəlman ölkələrə lazımi xəbərdarlıqlar edilib.
“Qərbi Asiya ölkələri üçün Amerika-sionist hərəkatının dağıdıcı fəaliyyətinə qarşı ayıq olmaq son dərəcə vacibdir, çünki bu fəaliyyət regionun sabitsizləşdirilməsinə və məhvinə yönəlib”, - deyə SEPAH-ın açıqlamasında bildirilib.
Sevinc Əliyeva
Ordu.az