İsrail ordusu Tehrandakı HHM obyektlərinə və raket anbarlarına zərbələr endirildiyini açıqlayıb

2026/03/1774076489.jpg
Oxunub: 550     10:13     04 Aprel 2026    
Ötən gün İsrailin hərbi hava qüvvələri Tehranın hava hücumundan müdafiə obyektlərinə və raket anbarlarına aviazərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

SAXAL bildirir ki, hədəflər arasında bir neçə hava hücumundan müdafiə obyekti, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus zenit raketləri anbarı da olub.

İsrail ordusunun məlumatına görə, ölkənin hərbi hava qüvvələri həmçinin “İranın terrorçu rejiminin silah tədqiqatı və hazırlanması mərkəzlərini qorumaq” vəzifəsini daşıyan bir hərbi obyektə də zərbə endirib.

Bundan əlavə, SAXAL-ın açıqlamasına görə, zərbələr həmçinin ballistik raket anbarına, eləcə də silah istehsalı, tədqiqat və inkişaf mərkəzinə endirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin