İranda müxalifət qrupu ilə əlaqəli daha iki nəfər edam edilib

2025/06/1749545747.jpg
Oxunub: 373     10:06     04 Aprel 2026    
İranda ölkə daxilində hücumların hazırlanmasında təqsirləndirilən iki nəfər edam edilib.

Ordu.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, məhkum olunanlar Tehranda "Mücahidin-e Xalq" (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.

Onlar ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra "dar ağacından asılıblar".

Xatırladaq ki, martın 30-da "Mücahidin-e Xalq" müxalifət təşkilatı ilə əlaqədə ittiham olunan iki nəfər edam edilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin