İraqın cənubunda PUA ilə xarici neft şirkətlərinin anbarlarına hücum edilib

2026/03/1774944318.jpg
Oxunub: 335     09:49     04 Aprel 2026    
İraqın cənubunda pilotsuz uçuş aparatları ilə hücum nəticəsində xarici neft şirkətlərinə məxsus anbarlarda yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə mənbələr "Reuters" agentliyinə bildirib.

Məlumata görə, yanğının baş verməsinə dron hücumu səbəb olub.

Hadisənin digər təfərrüatları, eləcə də mümkün yaralılar barədə məlumatlar hazırda yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   PUA  


Bizi "telegram"da izləyin