Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) tərəfindən yayımlanan 2025-ci il fəaliyyət hesabatı Türkiyənin müdafiə yanaşmasının yalnız güclənmədiyini, eyni zamanda qlobal miqyasda oyun qurucu aktora çevrildiyini ortaya qoyur.
Strateji investisiya: 623 milyard TL-lik müdafiə büdcəsi
2025-ci ilin məlumatları Türkiyənin müdafiəni “xərc” deyil, strateji investisiya kimi qiymətləndirdiyini göstərir.
Ümumi 623,9 milyard TL büdcənin 98,24 faizi birbaşa “Milli Müdafiə və Təhlükəsizlik Proqramı”na ayrılıb.
Diqqət çəkən əsas məqam:
Ödənişli hərbi xidmətdən əldə edilən 18,6 milyard TL gəlir müdafiə maliyyələşməsinin ictimai ölçüsünü göstərir.
F-16 modernləşdirilməsi və yerli “hava-hava” raketi təşəbbüsü
Hesabatda Hərbi Hava Qüvvələrinin əsasını təşkil edən F-16 parkı ilə bağlı mühüm layihələr ön plana çıxır:
F-16 “Özgür” modernləşdirilməsi:
Mövcud təyyarələrin struktur təkmilləşdirilməsi və avionik modernləşdirilməsi prosesi davam edir. Modernləşdirmənin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.
GÖKTUĞ “hava-hava” raketləri:
ABŞ mənşəli raketlərin yerini alacaq yerli qısa və orta mənzilli sursatlar hazırlanıb.
GÖKBORA uzun mənzilli raket layihəsi:
“Ramjet” mühərrikli raketin hazırlanması davam edir.
F-16 inteqrasiyasının 2031-ci ildə tamamlanması planlaşdırılır.
Bu layihələr Türkiyənin hava döyüşündə tam müstəqillik hədəfini gücləndirən mühüm addımlar kimi qiymətləndirilir.
Aviasiya sahəsində isə ən diqqətçəkən inkişaf KAAN proqramında müşahidə olunur. İlk uçuşunu 2024-cü ildə həyata keçirən KAAN-ın aparılan sınaq prosesindən sonra 2029-cu ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır. İlkin mərhələdə F110 mühərriki ilə xidmətə qəbul ediləcək təyyarənin sonrakı bloklarda yerli mühərrik və qabaqcıl tapşırıq sistemləri ilə tam potensiala çatacağı gözlənilir.
Texnoloji sıçrayış: MİLDEN və “Mavi Vətən” doktrinası
Türkiyə müdafiə sənayesində artıq idxal edən deyil, layihələndirən və ixrac edən ölkələr sırasında yer alır.
Hesabata görə, dəniz qüvvələri sahəsində əsas inkişaflar:
İSTANBUL freqatı və PİRİREİS sualtı qayığı dəniz qəbul sınaqlarına keçib
Milli Sualtı Qayıq (MİLDEN) layihəsində kritik mərhələ geridə qalıb
ATMACA, HİSAR və TAYFUN kimi sistemlərlə strateji müstəqillik gücləndirilib
Bu mənzərə Türkiyənin “Mavi Vətən” konsepsiyasını yüksək texnologiyalarla dəstəklədiyini göstərir.
NATO-da yüksək səmərəlilik: qlobal əməliyyat gücü
Türkyə Silahlı Qüvvələri üç qitəyə yayılmış 11 beynəlxalq missiyada aktiv iştirak edir.
Türkiyənin NATO daxilində mövqeyi:
ən böyük ordulardan biri
əməliyyat töhfəsinə görə ilk 5-likdə
büdcə töhfəsinə görə 8-ci yerdə
Bu göstəricilər Türkiyənin “aşağı xərc-yüksək əməliyyat təsiri” modeli ilə fəaliyyət göstərdiyini göstərir.
Nəticə: Türkiyə yalnız hərbi güc deyil, eyni zamanda strateji danışıqlar gücü əldə edir.
Türkiyə qlobal güc olma yolunda
2025-ci il MMN hesabatı göstərir ki, Türkiyə müdafiə sahəsində:
80 faizə yaxın yerlilik səviyyəsi
yüksək texnologiyalı platformalar
sərhəddən kənar əməliyyat qabiliyyəti
ilə “tam müstəqil müdafiə” modelini institusional səviyyədə formalaşdırıb.
Sevinc Əliyeva
Ordu.az