Ordu.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü polkovnik Səud Əl-Atvan bildirib ki, zərərsizləşdirilən hədəflər arasında 7 ballistik raket və 2 qanadlı raket də olub.
Onun sözlərinə görə, Küveyt Silahlı Qüvvələri düşmən hədəflərini müəyyən edilmiş əməliyyat zonalarında effektiv şəkildə məhv edib.
Bildirilib ki, “Mina əl-Əhmədi” neft emalı zavodu da hədəfə alınıb, nəticədə bəzi istehsalat sahələrində yanğın baş verib.
Həmçinin elektrik və duzsuzlaşdırma stansiyasına hücum edildiyi, yalnız maddi ziyan yarandığı qeyd olunub.
Məlumata görə, ordunun partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupu 22 çağırışa cavab verib.
Sevinc Əliyeva
Ordu.az