Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İsrail polisinin məlumatına görə, raket qəlpələri Negev bölgəsindəki sənaye obyektinə düşüb, lakin təhlükəli sızma qeydə alınmayıb.
Məlumata görə, Bney Brak şəhərində bir nəfər qəlpə nəticəsində yüngül xəsarət alıb.
Bildirilib ki, İran raketinin, ehtimal ki, kasetli döyüş başlığına aid fraqmentləri Petah Tikva və Roş HaAyin ərazilərinə də düşüb.
Roş HaAyin bələdiyyəsi qalıqlardan birinin elektrik xəttinin üzərinə düşməsi nəticəsində ərazidə elektrik enerjisinin kəsildiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az