Yaponiyada xəstəxanalardan birində iranlı vətəndaşın zorakılıq izləri olan meyiti tapılıb

2026/04/1775281095.jpg
Oxunub: 416     09:23     04 Aprel 2026    
Yaponiyanın Aiçi prefekturasındakı xəstəxanalardan birində İran vətəndaşının bədənində zorakılıq izləri olan meyiti aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Yapon mətbuatının məlumatına görə, ölən şəxs 41 yaşlı Alireza Şahmoradi olub.

Onun ünvanı və peşəsi məlum deyil.

Meyitin müayinəsi zamanı bədənin müxtəlif nahiyələrində çoxsaylı yaralar və dərialtı qansızmalar aşkarlanıb.

Bu fakt istintaqa onun hücuma məruz qalması ehtimalını irəli sürməyə əsas verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   İran  


Bizi "telegram"da izləyin