Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən yazıb.
Məlumata görə, martın 3-nə keçən gecə baş verən hücum zamanı İranın iki pilotsuz uçuş aparatı səfirliyin gün ərzində yüzlərlə insanın çalışdığı təhlükəsiz zonasına çırpılıb.
Nəticədə üç mərtəbəyə, o cümlədən MKİ stansiyasına ciddi ziyan dəyib.
Bildirilib ki, hücum yanğına səbəb olub və alov yarım gün davam edərək kompleksin bəzi hissələrinə daimi zərər vurub.
Rəsmilərin sözlərinə görə, əgər səfirlik iş saatlarında hücuma məruz qalsaydı, bu, kütləvi itkilərlə nəticələnə bilərdi.
Həmin vaxt Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi hücumun yalnız məhdud yanğına və cüzi ziyana səbəb olduğunu açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az