ABŞ və İsrail İrana iki gündə azı 206 zərbə endirib

2025/06/1750049640.jpg
Oxunub: 459     09:01     04 Aprel 2026    
İranda ABŞ-də fəaliyyət göstərən insan haqlarının müdafiəsi qrupunun məlumatına görə, cümə axşamı və cümə günləri İran ərazisinə azı 206 hücum həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Hüquq müdafiəçisi “HRANA” qrupunun yaydığı məlumata əsasən, hücumlar 24 saat ərzində 13 əyalətdə qeydə alınıb.

Məlumata görə, həmin hücumlar nəticəsində azı bir mülki şəxs həyatını itirib.

Hüquq müdafiə qrupunun hesablamasına əsasən, fevralın 28-də müharibə başlayandan bəri ABŞ-İsrail hücumları nəticəsində 1607 mülki şəxs, 1213 hərbçi və statusu bilinməyən 711 nəfər ölüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin