Dubayda hava hücumundan müdafiə sisteminin zərərsizləşdirdiyi obyektin qalıqları binaya düşüb

2026/03/Ekran-1773661258.jpg
Oxunub: 608     08:43     04 Aprel 2026    
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Marina rayonunda hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilən obyektin qalıqları binalardan birinə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Dubay Media Ofisi məlumat yayıb.

Qurum bildirib ki, qalıqlar məlumat bazası sistemləri üzrə ixtisaslaşan “Oracle” şirkətinə məxsus binanın fasadına dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın da qeydə alınmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oracle   Dubay  


Bizi "telegram"da izləyin