“Al Jazeera”: İran düşmən ölkələrə Hörmüz boğazından keçidi qadağan edəcək, neytrallar isə rüsum ödəyəcək

2026/03/1774244528.jpg
Oxunub: 509     08:50     04 Aprel 2026    
İran Fars körfəzi ölkələri ilə gərginlik fonunda Hörmüz boğazında ölkələrin yeni təsnifat sistemini tətbiq etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Məlumata görə, Tehran ölkələri düşmən, neytral və ya dost kateqoriyalarına ayırmaq niyyətindədir. Düşmən ölkələrə Hörmüz boğazından keçid qadağan ediləcək, neytral ölkələr isə gömrük rüsumu ödəməli olacaqlar.

Bildirilib ki, müharibədən dərhal əvvəl Hörmüz boğazından dünya xam neftinin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın 20 faizi keçirdi. Hazırda isə bu göstəricilər normal səviyyənin 5 faizinə qədər enib.

Qeyd olunub ki, Fars körfəzi bölgəsində dünya neft ehtiyatlarının 33 faizi və təbii qaz ehtiyatlarının 21 faizi yerləşir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin