Ordu.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Bildirilib ki, Livanın “Hizbullah” hərəkatı raketlə İsrailin Hayfa şəhərində yerləşən infrastruktur obyektlərini vurduğunu açıqlayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin iri şəhərlərinə yönəlib. Hücumlardan dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ali rəhbəri Əli Xameneyi və başqa yüksək vəzifəli şəxslərin də öldürüldüyü bildirilir.
Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub və İsrail hərəkat əleyhinə hücumların başlandığını elan edib.
Martın 23-də ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam edəcəyini və hərbi zərbələrin beş gün təxirə salındığını bəyan etsə də, İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Sevinc Əliyeva
Ordu.az