İran: Regional ölkələr amerikalıları öz hərbi bazalarını çıxarmağa məcbur etməlidirlər

2026/04/1775042297.jpg
Oxunub: 375     08:45     04 Aprel 2026    
“ABŞ prezidentinin İran körpülərini, elektrik stansiyalarını və enerji infrastrukturunu məhv etməklə bağlı təhdidlərinə cavab olaraq bir daha xəbərdarlıq edirik ki, əgər bu təhdidlər həyata keçirilərsə, İran Silahlı Qüvvələri ABŞ və İsrailin müttəfiqlərinə və onları qəbul edən ölkələrə qarşı hücumları gücləndirəcək”.

Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri “Tasnim” agentliyinə açıqlamasında bildirib.

Bəyanatda qeyd olunub ki, mümkün zərbələr yanacaq, enerji, iqtisadi mərkəzlər və elektrik stansiyaları ilə əlaqəli əraziləri əhatə edəcək.

İran tərəfi əlavə edib ki, regionda ABŞ hərbi bazaları yerləşdirən ölkələr təhlükədən yayınmaq istəyirlərsə, amerikalıları öz ərazilərindən çıxmağa məcbur etməlidirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Baza  


Bizi "telegram"da izləyin