Ordu.az xəbər verir ki, bu barədə “Baltic Sentinel” məlumat yayıb.
Nəşrin yazdığına görə, Stoltenberq Polşa və Baltik ölkələrinin müqavimətindən xəbərdar olmasına baxmayaraq, yenə də Lavrova NATO-Rusiya Şurasında Rusiyanın sərhəd zonalarında bufer bölgə yaradılması və müttəfiq qüvvələrin 1997-ci ildən əvvəlki mövqelərə çəkilməsi ideyasının müzakirə olunmasını təklif edib.
“Stoltenberqin 2021-ci ildə Lavrova NATO-nun Şərq bölgələrindən çıxmasının müzakirəsini təklif etməsi bəlkə də bir qədər sonra ABŞ-nin açıq şəkildə qüvvələr balansını müzakirə etməyə hazır olduğunu bildirməsi ilə izah oluna bilər”, - deyə nəşr yazıb.
“Bu ilk addım, yəqin ki, baş katiblə amerikalılar arasında razılaşdırılmışdı. Hər halda, bu, Baltik ölkələri üçün son dərəcə xoşagəlməz epizod idi”, - deyə məqalədə qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az