Ordu.az xəbər verir ki, bu barədə “Techkult” məlumat yayıb.
Məlumata görə, U-2 ilk uçuşunu hələ 1955-ci ildə edib. Aparılan təkmilləşdirmələr onun xidmət müddətini uzatmağa və ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat missiyalarında əsas komponent olaraq qalmasını təmin etməyə yönəlib.
Müqaviləyə əsasən, “BAE Systems” təyyarənin radioelektron mübarizə sistemlərinə davamlı texniki dəstək verəcək, təmir işləri aparacaq və yeni təhdidlərə qarşı proqram təminatını yeniləyəcək. Modernləşdirmə işləri “BAE Systems”in Nyu-Hempşir ştatının Neşua şəhərində, mobil mütəxəssis qruplarının iştirakı ilə həyata keçirilir.
AN/ALQ-221 radarla xəbərdarlıq və radioelektron mübarizə sistemlərini birləşdirərək pilotlara təhlükələri aşkar etməyə və onları neytrallaşdırmağa kömək edir. Uzaqmənzilli sensorlar və daxili kompüterlərdən istifadə edən bu sistem aktiv əkstəsir mühitində işləyir və vacib kəşfiyyat məlumatları toplayır.
Sevinc Əliyeva
Ordu.az