Pentaqon: İrana qarşı əməliyyatlarda 365 ABŞ hərbçisi yaralanıb

2026/04/1775273766.jpg
Oxunub: 610     05:11     04 Aprel 2026    
İrana qarşı əməliyyatların başlanmasından bəri 365 ABŞ hərbçisi yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Pentaqona istinadən məlumat yayıb.

Məlumata görə, yaralananlardan 247-si ABŞ Quru Qoşunlarının, 63-ü Hərbi Dəniz Qüvvələrinin, 36-sı Hərbi Hava Qüvvələrinin, 19-u isə Dəniz Piyadalarının hərbçiləridir.

Qeyd edək ki, qəzetin daha əvvəl yaydığı məlumata görə, əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin