“National Public Radio”: ABŞ qoşunları Yaxın Şərqdəki hərbi bazalardan təxliyə olunub

2026/03/1774179076.jpg
Oxunub: 593     04:14     04 Aprel 2026    
Yüzlərlə hərbçi ABŞ-nin Bəhreyndəki hərbi bazasından təxliyə olunub. Hərbi obyekt İran raketləri və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldıqdan sonra bu addım atılıb.

Ordu.az xəbər verir ki, bu barədə “National Public Radio” məlumat yayıb.

Məlumata görə, Bəhreyn bazası ilə yanaşı, regiondakı digər Amerika hərbi bazalarından da təxliyələr barədə xəbərlər var, lakin bu barədə dəqiq detallar hələlik açıqlanmır.

Qeyd olunur ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması yerləşir və bu, bazanı Yaxın Şərqdə, o cümlədən ticarət gəmiçiliyinin qorunması baxımından dəniz təhlükəsizliyinin mərkəzi qovşaqlarından birinə çevirir.

Məlumatda bildirilir ki, fevralın 28-də ABŞ-nin İrana hücumundan əvvəl Bəhreyndəki hərbi bazada təxminən 8 min hərbçi yerləşirdi.

Şirkətin peyk görüntüləri göstərir ki, fevralın 28-dən martın 6-dək bazanın ərazisində və ətrafında ən azı 7 bina hədəfə alınıb.

Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi təsdiqləyib ki, Bəhreyndən ABŞ-yə 1500 hərbçi, onların ailə üzvləri və bir neçə yüz ev heyvanı təxliyə olunub. Onların martın ortalarından etibarən dünyanın ən böyük hərbi-dəniz bazasının yerləşdiyi Virciniya ştatının Norfolk şəhərinə çatdıqları bildirilir.

Hərbçilərə yardım edən bir neçə təşkilat onların demək olar ki, əliboş gəldiklərini açıqlayıb. Yerli icmalara isə əsas ehtiyac vasitələri, xüsusilə gigiyena ləvazimatları ilə dəstək göstərmək çağırışı edilib.

“Baza geri qayıdan dənizçilər üçün tualet ləvazimatları və digər əşyaların ianə edilməsini istəyib, çünki onlar əliboş qayıdırdılar”, - deyə Norfolkda yerləşən Amerika Legionunun 327-ci bölməsinin komandiri Derrik Conson bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin