Hörmüz boğazında zədələnmiş Tailand yük gəmisində insan qalıqları tapılıb

2026/04/1775027745.jpg
Oxunub: 566     01:58     04 Aprel 2026    
Tailand bayrağı altında üzən və martın 11-də İran tərəfindən atılan mərmilər nəticəsində zədələnən yük gəmisində insan cəsədinin qalıqları aşkarlanıb.

Ordu.az xəbər verir ki, qalıqların kimə məxsus olduğu hələ müəyyən edilməyib.

İran adalarından birində saya oturan “Mayuri Naree” gəmisində itkin düşmüş üç gəmiçinin tapılması üçün axtarış-xilasetmə qrupları cəlb olunub.

Qeyd edək ki, Hörmüz boğazından keçərkən baş verən hücumdan sonra gəmidə olan digər 20 ekipaj üzvü təxliyə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Tailand  


Bizi "telegram"da izləyin