ABŞ altıncı nəsil “F-47” qırıcısını sürətləndirilmiş şəkildə hazırlayacaq

2025/09/1757320803.jpg
Oxunub: 405     01:38     04 Aprel 2026    
ABŞ Silahlı Qüvvələri altıncı nəsil “F-47” qırıcısının sürətləndirilmiş hazırlanmasını prioritet istiqamət kimi müəyyən edib. Məqsəd prototipin ilk uçuşunu 2028-ci ildə reallaşdırmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin Konqresə təqdim etdiyi 2027-ci maliyyə ili üçün hərbi büdcə layihəsində məlumat verilir.

Sənəddə bildirilir ki, 2027-ci il büdcə sorğusunda “F-47” qırıcısının operativ hazırlanması və istehsalına xüsusi diqqət yetiriləcək.

Məlumata görə, “F-47” qırıcısının uçuş mənzili 1 000 dəniz milindən (1852 km) çox ola bilər ki, bu da əvvəlki modellərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək göstəricidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-47  


Bizi "telegram"da izləyin