Ordu.az xəbər verir ki, bunu "The Times" qəzetinin sifarişi ilə "YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğuya görə, respondentlərin 43 %-i Londonun Vaşinqtonla həddindən artıq yaxınlaşdığını düşünür ki, bu da 2025-ci ilin aprel ayı ilə müqayisədə 9 faiz çoxdur. Əks fikri 18 % bölüşür, daha 29 %-ni isə münasibətlərin cari səviyyəsi qane edir.
Eyni zamanda, sorğuda iştirak edənlərin 57 %-i Avropa İttifaqı ilə daha sıx əlaqələrin tərəfdarı olub, 12 %-i isə buna qarşı çıxıb.
Bununla belə, yalnız 14 % Böyük Britaniya ilə ABŞ arasında xüsusi münasibətlərin qorunub saxlanıldığını düşünür, 60 % isə bunların keçmişdə qaldığına əmindir.
Kral III Çarlzın ABŞ-yə qarşıdan gələn səfəri ilə bağlı fikirlər bölünüb: 42 % səfəri dəstəkləyir, 45 % isə qarşı çıxır.
Sorğu iştirakçılarının sayı və onun keçirilmə müddəti dəqiqləşdirilməyib.
Ordu.az