“Fars”: ABŞ 48 saatlıq atəşkəs təklif edib, İran bunu rədd edib

2026/03/1774720924.jpg
Oxunub: 638     00:05     04 Aprel 2026    
ABŞ aprelin 4-də vasitəçi üzərindən 48 saatlıq atəşkəs təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu təklif regionda böhranın dərinləşməsindən və İran İslam Respublikasının hərbi imkanlarının yanlış qiymətləndirilməsi səbəbindən ABŞ Silahlı Qüvvələrinin ciddi problemlərlə üzləşməsindən sonra irəli sürülüb.

Bildirilib ki, İran bu təklifə yazılı cavab verməyib, əvəzində müxtəlif bölgələrdə əməliyyatlar və davamlı kütləvi hücumlarla mövqeyini göstərib.

Mənbə əlavə edib ki, ABŞ-nin atəşkəsə nail olmaq üçün diplomatik səyləri, xüsusilə İranın Küveytdə yerləşən Amerika hərbi anbarını vurmasından sonra daha da fəallaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin