BƏƏ-də qaz emalı zavoduna raket qalıqlarının düşməsi nəticəsində bir nəfər ölüb, yaralananlar var

2026/03/1774713324.jpg
Oxunub: 429     23:43     03 Aprel 2026    
BƏƏ bəyan edib ki, Həbşan qaz emalı zavodunda raket qalıqlarının düşməsindən sonra baş verən yanğın söndürülüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumatlara görə, bir nəfər həyatını itirib, dörd nəfər yaralanıb və ciddi maddi ziyan dəyib.

Həbşan qaz emalı zavodu Əbu-Dabinin ən böyük və ən mühüm qaz emalı mərkəzidir. Zavod bir neçə emal xəttindən ibarətdir və iri qaz yataqlarını emal obyektlərinə birləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Qaz-emalı-zavodu  


Bizi "telegram"da izləyin