NATO Baş katibi Mark Rütte Vaşinqtona səfər edəcək

2025/04/1743851275.jpg
Oxunub: 485     23:22     03 Aprel 2026    
NATO-nun Baş katibi Mark Rütte aprelin 8-dən 12-dək ABŞ-nin paytaxtı Vaşinqtona səfər etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə alyansın Brüsseldəki qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Mark Rütte ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşlər keçirəcək.

Qeyd olunub ki, aprelin 9-da baş katib əsas nitqlə çıxış edəcək, həmçinin Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə iştirak edəcək.

Bildirilib ki, aprelin 10-dan 12-dək Mark Rütte Bilderberq Klubunun iclasında iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   Vaşinqton  


Bizi "telegram"da izləyin