Ordu.az xəbər verir ki, bu, "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Məlumata görə, respondentlərin 56 %-i öz iqtisadi vəziyyətinin pisləşəcəyini gözləyir və yalnız 7 %-i əks fikirdədir. Bununla belə, sorğu iştirakçılarının 12 %-i hesab edir ki, münaqişə onların maliyyəsinə təsir etməyəcək, 25 %-i isə cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, respondentlərin 52 %-i müharibənin Yaxın Şərqdəki vəziyyətə mənfi təsir edəcəyinə əmindir, 49 %-i isə bunun İranda həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracağını düşünür.
Bununla yanaşı, sorğu iştirakçılarının 86 %-i ABŞ hərbçilərinin həyatı üçün yaranan təhlükədən narahatlığını ifadə edib, 12 % bunu narahatlıq üçün səbəb hesab etmir, daha 3 % isə qərarsızdır.
Ordu.az